Dünyanın ən mühüm seçkisi: ABŞ nəşri Türkiyədəki seçkilərin ikinci turundan yazdı - FOTO

Dünyanın ən mühüm seçkisi: ABŞ nəşri Türkiyədəki seçkilərin ikinci turundan yazdı -  FOTO backend

Amerika nəşri mayın 28-də keçiriləcək ikinci turun “böyük nəticələri” olacağını bəyan edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-da nəşr olunan “Politico” jurnalı ikinci tura keçən 14 may seçkiləri ilə bağlı xəbər dərc edib.

Sözügedən xəbərdə Prezident Rəcəb Tayyib Ərdoğanın ikinci tura birinci olaraq keçdiyi bildirilib. “Nə prezident, nə də onun rəqibi Kamal Kılıçdaroğlu qəti qələbə üçün tələb olunan 50 faiz baryeri keçə bilməyəcək”, - deyə məlumatda bildirilir.

Nəşr  mayın 28-dək keçiriləcək seçkiləri “dünyanın ən vacib seçkisi” adlandırıb.

Mayın 28-də keçiriləcək ikinci turla bağlı hadisələri də xəbər verməyə başlayan sözügedən jurnal bu seçkini “Dünyanın ən mühüm seçkisi” adlandırıb.


Nəşr bu seçkinin nəticəsinin NATO-dan Avropa və Yaxın Şərqə qədər geniş təsirləri olacağı vurğulanıb:

"Türkiyədə keçirilən prezident seçkiləri həm 85 milyon NATO üzvü olan ölkədə demokratiyanın gələcəyi, həm də Avropa və Yaxın Şərqin təhlükəsizliyi üçün böyük nəticələrə səbəb olacağı üçün bu il dünyada ən çox izlənilən siyasi çəkişmələrdən birinə çevrilib".


Digər tərəfdən, prezident Ərdoğanın tərəfdarlarına mayın 28-də keçiriləcək ikinci tur üçün mübarizəyə hazır olduğunu dediyi qeyd edilib.

"Politiko" evinin mətbəxindən video paylaşan prezidentliyə namizəd və CHP sədri Kamal Kılıçdaroğlunun ünvanına  Ərdoğan tərəfindən: “Bəziləri mətbəxdə, biz balkondayıq”  dediyini də qeyd edib.

Eyni xəbərin davamında "Gözlə görülən şəkildə əsəbi olan Kılıcdaroğlu: "Bu seçkini ikinci turda mütləq biz qazanacağıq" deyə bildirib"" - yazılıb.

 

QAZİLER.AZ

 

Diaspora