Müxalifətin qalib gələcəyinə əmin olan türkiyəli jurnalist Fatih Portakal seçki qutuları açılmağa başlayanda və prezident Ərdoğan öndə olanda ruhdan düşüb və kefi pozulub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu, Türkiyədə seçki qutularında səslərin 96, 9 faizi hesablanarkən səslərin Prezident Ərdoğanın xeyrinə olduğu gecə saat 4-ün yarısı olub.
Həmin saatda Prezident Ərdoğanın səs nisbəti yüzdə 49,39, Kamal Kılıçdaroğlunun səs nisbəti isə 44,92 faiz olub. Sinan Oğan 5,25 faiz səs toplayıb.
Fatih Portakal hər seçki dövründə Sözcü TV-də müxalifətin lehinə proqramlar yayımlaması ilə tanınır.
Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də müxalifətin qalib gələcəyinə əmin olan Portakal bu həyəcanla ekran qarşısına çıxıb.
Proses irəlilədikcə səsvermə qutularının sevinclə açılmasını gözləyən Portakalın əhval-ruhiyyəsi pozulmağa başlayıb.
Prezident Ərdoğan ənənəvi eyvan çıxışı başlayanda onun daha da ümidsiz olduğu görüldü.
QAZİLER.AZ