Səs verərkən İstanbulun Kısıklı məhəlləsində onu gözləyən vətəndaşlarla danışan Ərdoğan bir-birinin ardınca dəstək ifadələri ilə qarşılanıb.
Qaziler.az bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçirilən seçkilərdə İstanbulda səs verib.
Daha sonra səslərin sayılması prosesinin ardından Üsküdar Kısıklıdakı mənzilinə qayıdan Ərdoğan Ankaraya getmək üçün evdən çıxarkən gözləyən vətəndaşlarla salamlaşmaq və söhbət etmək üçün avtomobilindən düşüb.
Vətəndaşlar Ərdoğana: “Allah yar və yardımçın olsun, sənə kömək olsun, qalib ol, prezidentim”, “Bu mahnı burada bitməz, rəisim” deyiblər.
Prezident Ərdoğanla dialoq zamanı bəzi vətəndaşlar duyğulu anlar yaşayıblar.
QAZİLER.AZ