Türkiyədə prezident seçkilərində səsvermənin ilk nəticələrinin açıqlanmasına başlanılıb - YENİLƏNİB-1

Türkiyədə prezident seçkilərində səsvermənin ilk nəticələrinin açıqlanmasına başlanılıb - YENİLƏNİB-1 backend

Türkiyədə seçki qutularının 26,86%-i açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 54,27%,

Kamal Kılıçdaroğlu: 39,75%,

Sinan Oğan: 5,42%,

Məhərrəm İncə: 0,56% səs toplayıb.

***

20.02

Türkiyədə seçki qutularının 17%-i açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 55,98%

Kamal Kılıçdaroğlu: 38,08%

Sinan Oğan: 5,37% səs toplayıb.

***

19.50

Türkiyədə prezident seçkilərində səsvermənin ilk nəticələrinin açıqlanmasına başlanılıb.

APA-nın İstanbul müxbirinin TRT-yə istinadən verdiyi xəbərə görə, nəticələr əsasən hazırkı dövlət başçısı “Cumhurittifaqı” namizədi Rəcəb Tayyib Ərdoğan 57,46% səslə birinci yerdədir. “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 36,66% səslə ikinci, “ATA” İttifaqının namizədi Sinan Oğan isə 5,28% səslə üçüncü yerdə qərarlaşıb.

Açıqlanan nəticələr 11,34% seçicilərin səsidir. Seçkilərdə aktivlik isə 87,83% olub.

 

 

Diaspora