Türkiyədə seçki başladı: nəticə nə vaxt açıqlanacaq?

Türkiyədə seçki başladı: nəticə nə vaxt açıqlanacaq? backend

Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkilərinin startı verildi.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu dəqiqədən səsvermə məntəqələri seçicilərin üzünə açılır. Seçkilər saat 17:00-a qədər davam edəcək. Həmin vaxt seçki məntəqələrinin önündə gözləyənlər olarsa, onların da səsvermə hüququ tanındıqdan sonra seçki məntəqələri bağlanacaq və səslərin sayımı başlayacaq.

Bu seçkilərdə prezidentlik uğrunda 3 namizəd – Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürdüyünü açıqlasa da, Ali Seçki Qurumu ona verilən səslərin keçərli olacağını açıqlayıb. Belə ki, M.İncə seçkilərə 2 gün qalmış namizədliyini geri çəkib, qanunvericiliyə görə, onun namizədlikdən çəkilməsi vaxtı keçib. Ancaq ikinci tur olarsa, o zaman İncənin adı seçki bülletenindən çıxarılacaq.

Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.

Türkiyədə 64 milyon 113 min 941 seçici üçün 191 min 884 seçki qutusu ayrılıb.

Parlament seçkisinə 24 siyasi partiya və 151 müstəqil namizəd qatılıb.

Səsvermə hüququ olanların 50,6 faizi qadın, 49,4 faizi kişidir.

Nələr qadağandır?

Səsvermə günü saat 06:00-dan 00:00-dək spirtli içki satışı, restoranlarda verilməsi və içilməsi qadağandır. Restoranlar yanlız qida ilə vətəndaşları təmin edə bilərlər. Bütün əyləncə mərkəzləri səsvermə müddətində bağlı olacaq. İş başında olan hüquq-mühafizə orqanı əməkdaşlarından başqa kimsə icazəli silahını gəzdirə bilməz.

Ötən gün saat 18:00-da başlayan təbliğat qadağası bu gün 21:00-dan sonra götürüləcək.

Ali Seçki Qurumu seçkinin ilkin nəticələrini 23:59-da qədər elan edəcək.

Səs sayımı və nəticələr canlı yayımla aparılacaq.

 

 

Diaspora