ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın seçkidən bir gün öncə qatıldığı Yutub kanallarının birinə verdiyi açıqlama rezonans doğurub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Sinan Oğran ən böyük sürprizin ikinci tura qalması olduğunu bildirib.
“Digər sürpriz isə ikinci tura qala bilməyib, ancaq ikinci turda nəticəni bəlli edəcəyimizdir”, - deyə Sinan Oğan qeyd edib.
O, ikinci turda kimi dəstəkləyəcəyini bu cür izah edib:
“Bizə səs, imza verənlərə soracaq, cəmiyyətdə bununla bağlı bir dəyərləndirmə aparacağıq. Danışıq apardığımız tərəflə tələblərimizi müzakirə edəcəyik. Tələblərimizin başında terrorla arasına məsafə qoymaq olacaq. Əlbəttə, biz havayı ortaqlıq etməyəcəyik: nazirliklər, prezident köməkçisi və s. istəyimiz olacaq. Anlaşa bilsək, hökumətin içində yer alacağıq, anlaşa bilməsək, yolumuza davam edəcəyik”.
Qeyd edək ki, namizədlərdən heç biri seçicilərin 50%-nin səsini ala bilməsə, ikinci tur 28 mayda keçiriləcək.