Rusiya Prezidenti Vladimir Putin videoəlaqə formatında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Rusiyanın bir sıra beynəlxalq təşkilatlarda iştirakı və fəaliyyəti toplantının mövzusudur. Gündəlik məsələ ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov məruzə edib.