Hulusi Akar: Terrordan uzaqlaşa bilməyənlərlə problemimiz var - VİDEO

Hulusi Akar: Terrordan uzaqlaşa bilməyənlərlə problemimiz var - VİDEO backend

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseri proqramında seçicilər qarşısında çıxışında terroru bir daha vurğuladı.

Qaziler.az bildirir ki, nazir Akar keçirdiyi görüşlərin birində: "Şəhid günlərini, anaların göz yaşlarını yenidən yaşamaq istəmirik" deyib.

Türkiyənin milli müdafiə naziri və Kayseri millət vəkilliyinə namizəd Hulusi Akar seçki işini davam etdirir.

O, keçirdiyi görüşlərin birində14 May seçkilərinin “tarixi” əhəmiyyət daşıdığını dilə gətirən Akar sözlərini belə davam etdirdi:

"Hamısı zehniyyət məsələsidir. Terrordan uzaqlaşa bilməyənlərlə problemimiz var. Terrordan uzaqlaşa bilməyənlərdən uzaq durmaq bizim milli, mənəvi və vətən borcumuzdur. Çünki biz 20 il əvvələ qayıdıb şəhid günlərini, anaların göz yaşlarını yenidən yaşamaq istəmirik. Terrorçularla işbirliyində onlara bağlı olan siyasətçilər nə deyir ? “10 minlər, 100 minlər bizi 14 mayda gözləyir ”. Onlar həbsxanadakı terrorçuları azad etməyi planlaşdırırlar. Bu, təfəkkür məsələsidir. Bu xalq terrorçulardan uzaqlaşa bilməyənlər məsafə saxlayacaq".

QAZİLER.AZ

Diaspora