Ukrayna prezidenti Vladimir Zelenski mayın 12-də Ali Baş Komandanın qərargahında iclas keçirib. İclasdakılar raket və mərmilərin tədarükü məsələsini müzakirə edib, hərbçilər cəbhədəki vəziyyət barədə məlumat veriblər.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna PrezidentininTeleqramına istinadən RBC-Ukrayna xəbər verir.
"Toplantının gedişində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski və “Tavriya” əməliyyat-strateji qüvvələrinin komandiri Aleksandr Tarnavski cəbhə xəttindəki vəziyyətlə bağlı məruzə ediblər.
Bölmələri əlavə səylə düşməni dayandıran, hətta onu bəzi istiqamətlərdə geriyə itələyən general Sırskinin hesabatını eşitdik... Onların ilkin ehtiyaclarını müəyyənləşdirdik, yeni briqadalar üçün texnika və sursatların alınması tempi ilə tanış olduq", - deyə dövlət başçısı bildirib.
Həmçinin toplantı iştirakçıları Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının, Müdafiə naziri Aleksiy Reznikovun, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının və Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinin məruzələrini dinləyiblər.
“Biz silah-sursat və raketlərin tədarükü ilə bağlı bütün uzunmüddətli müqavilələrimizi yoxladıq”, - deyə Zelenski əlavə edib.
QAZİLER.AZ