Adanada zəlzələ baş verib

Adanada  zəlzələ baş verib backend

Adananın Saimbəyli rayonunda Rixter cədvəli ilə 4,5 bal gücündə zəlzələ baş verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,  AFAD-ın məlumatına görə, episentri Saimbəyli rayonu olaraq təyin edilən 4,5 bal gücündə zəlzələ saat 11.33-də baş verib.

7 kilometr dərinlikdə baş verən zəlzələ rayon mərkəzində də hiss olunub.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.

QAZİLER.AZ

Diaspora