Rusiyanın Primorye diyarında “Mi-2” helikopterinin qəzaya uğrayaraq elektrik xəttinin üzərinə düşməsi nəticəsində “Transneft”in stansiyasına elektrik enerjisinin verilməsi dayanıb.
"Report" xəbər verir ki, bu barədə “dv.kp” məlumat yayıb.
Bildirilib ki, hadisə bir neçə gün əvvəl baş versə də, məlumat mayın 12-də yayılıb. Məlumata görə, mayın 9-da “Transneft”in əməkdaşları elektrik xəttində qəzanın baş verdiyini müşahidə ediblər. İki gün sonra çətin keçilən əraziyə yetişərək əraziyə atılmış “Mi-2” helikopteri görüblər. Helikopterin pilotu hadisə yerində olmayıb. Polis əməkdaşları onun Vladivostok sakini, 64 yaşlı Viktor Q.-ya mənsub olduğunu müəyyənləşdirib. O, üç gündür axtarılır, adamlardan kömək almağa getdiyi və azdığı ehtimal olunur.