76 yaşlı arvadını qısqanan təqaüdçü onunla mübahisə etdikdən sonra evini yandırıb

76 yaşlı arvadını qısqanan təqaüdçü onunla mübahisə etdikdən sonra evini yandırıb backend

Rusiyanın Samara şəhəri yaxınlığında 72 yaşlı təqaüdçü həyat yoldaşını qısqanıb və onunla mübahisə etdikdən sonra evini yandırıb.

Qaziler.az  bildirir ki, Samara vilayətində polis 76 yaşlı arvadı ilə mübahisə etdikdən sonra evi yandıran 72 yaşlı təqaüdçünü saxlayıb. Bu barədə Lente.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Yaşlı rus hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, onun bu hərəkətinə səbəb qısqanclıq və həyat yoldaşını bezdirmək istəyi olub. Hadisə ərəfəsində cütlük mübahisə edib, bundan sonra qadın qohumlarının yanına gedib, əri isə evdə tək qalıb, spirtli içki qəbul edib, otaqlara benzin tökərək yandırıb, evi tərk edib.

Bu zaman yanğını görən qonşu polisə və Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Gələn yanğınsöndürənlər yanğını lokallaşdırıb və onun digər tikililərə keçməsinin qarşısı alınıb, lakin ailənin evi tamamilə yanıb.

Təqaüdçü kəndin küçələrindən birində tapılıb. Dindirildikdən sonra o, zaminə buraxılıb. İndi o, hamamda yaşayır.

QAZİLER.AZ

 

Diaspora