Prezidentliyə namizəd Məhərrəm İncənin geri çəkilməsi iqtidara siyasi gedişdir - Politoloq

Prezidentliyə namizəd Məhərrəm İncənin geri çəkilməsi iqtidara siyasi gedişdir - Politoloq backend

Xəbər verdiyimiz kimi, Türkiyədə Məmləkət Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Məhərrəm İncə namizədliyini geri götürüb.

Qaziler.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Məhərrəm İncəni dəstəkləyənlərin seçkidə R. T. Ərdoğana səs verməsi mümkündür.

"Türkiyədə seçkilərdə prezidentliyə namizəd Məhərrəm İncənin geri çəkilməsi iqtidara siyasi gedişdir. Məhərrəm İncəni dəstəkləyənlərin Ərdoğana səs verməsi mümkündür. Məhərrəm İncə Ərdoğandan çox Kamal Kılicdaroglunu tənqid edirdi", - deyə o, bildirib.

QAZİLER.AZ

Diaspora