Hollandiyalı Diana Türkiyədə İslamı qəbul edib Dilək oldu

Hollandiyalı Diana Türkiyədə İslamı qəbul edib Dilək oldu backend

54 yaşlı Petronella İslamı qəbul edərək Dilək adını götürüb. Petronella İslamı öyrənməklə ona üstünlük verdiyini bildirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, holladiyalı qadın islamı qəbul edib.

Hollandiyanın Utrext şəhərində yaşayan Diana Hendrika Petronella Amasiyaya səfər edərkən bu istəyini gerçəkləşdirib.

31 il əvvəl Türkiyə vətəndaşı Muhsin Köse ilə ailə quran Petronella əri ilə birlikdə qohumlarını ziyarət etmək üçün Merzifona gəlib.

Dörd uşaq anası olan 54 yaşlı Petronella İslam dinini araşdırıb və könüllü olaraq İslamı qəbul etmək istəyib. O, bunun üçün rayon müftiliyinə müraciət edib.

Petronella, İlçe Müftisi Əbdülhəmid Pehlivanın da qatıldığı din dəyişdirmə mərasimində "Dilək" adını alaraq müsəlman olub.

Petronella isə İslam dinini araşdıraraq seçdiyini, kəlmeyi-şəhadət dedikdə çox həyəcanlı və xoşbəxt olduğunu bildirib.

Mərasimin sonunda Petronellaya dini ibadət şəhadətnaməsi və Diyanət İşləri Başçılığı tərəfindən nəşr olunan kitablar və Quran hədiyyə edilib.

QAZİLER.AZ

Diaspora