Ukrayna sərhədçiləri hava kəşfiyyatı ilə birlikdə Rusiya ordusunun hücum dalğasını dəf edib və onların dörd pilotsuz təyyarəsini sıradan çıxarıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
"Dünən sərhədçilərin minaatan ekipajları hava kəşfiyyatı ilə birlikdə işğalçıların hücum dalğasını dəf ediblər. onlar itki verərək geri çəkiliblər", - məlumatda deyilir.
Başqa bir mövqedə ukraynalı müdafiəçilər Rusiya ordusunun iki pilotsuz təyyarəsini vaxtında görüblər. Dron əleyhinə silahlardan istifadə edərək hər iki İHA-nı sıradan çıxarıblar. Eyni aqibət gecə havaya qalxmağa çalışan daha iki pilotsuz təyyarənin də başına gəlib.
QAZİLER.AZ