Seçki kampaniyası çərçivəsində Boluya gedən Kamal Kılıçdaroğlu "Gələcək Partiyası"nın siması ilə görüşmək istərdi. Kılıçdaroğlunun mühafizəçiləri onunla görüşmək istəyirlər.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 4 gündən sonra seçkiyə getməyə hazırlaşan vətəndaşlar siyasi gündəmi həyəcanla izləyir.
Siyasi xadimlər də seçkiyə bir neçə gün qalmış son mitinqlərini keçirirlər.
Bu çərçivədə prezidentliyə namizədi və CHP başqanı Kamal Kılıçdaroğlu Boluya gedib.
Şəhər mərkəzinə gələn Kamal Kılıçdaroğlunun avtobusunu saxlayan vətəndaşlar onunla xatirə şəkli çəkdirmək istəyiblər.
Foto çəkilən zaman "Gələcək Partiyas"ının üzvü Kılıçdaroğluna yaxınlaşaraq onu salamlamağa çalışıb.
Bu vaxt araya girən Kamal Kılıçdaroğlunun mühafizəçiləri salam vermək istəyən vətəndaşı arxadan itələyərək döymək istəyiblər.
Bu zaman yumruq atmaq üçün əlini havaya qaldıran mühafizəçiyə vətəndaşlar sərt reaksiya göstərib.
QAZİLER.AZ