Rusiya Gürcüstan vətəndaşları üçün vizanı ləğv edib

Rusiya Gürcüstan vətəndaşları üçün vizanı ləğv edib backend

Rusiyada Gürcüstan vətəndaşları üçün viza müraciəti ləğv edilərkən, bu ölkəyə uçuş və tur satışına qadağalar da ləğv edilib.

Qaziler.az bildirir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Gürcüstana tətbiq edilən müxtəlif məhdudiyyətlər ləğv edilib.

Fərmanla mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza tətbiqi ləğv edilib, eyni zamanda Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və turizm şirkətlərinin Gürcüstana turpaket satışına qadağalar da ləğv edilib.
Gürcüstanda Rusiya əleyhinə etiraz aksiyalarından sonra, 21 iyun 2019-cu ildə Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını və bu ölkəyə turpaket satışını müvəqqəti olaraq qadağan edib.

QAZİLER.AZ

Diaspora