Ukraynadakı müharibədə fransız jurnalist həlak oldu - FOTO

Ukraynadakı müharibədə fransız jurnalist həlak oldu -  FOTO backend

Ukraynada şiddətli döyüşlərin davam etdiyi Baxmut ətrafında baş verənləri qələmə alan jurnalist Arman Soldin həlak olub.

Qaziler.az bildirir ki, Donetsk vilayətinin Çasiv Yar şəhərində intensiv toqquşmaların baş verdiyi Baxmuta yaxın qəsəbədə ukraynalı əsgərlərlə işləyən Fransanın AFP xəbər agentliyinə bağlı jurnalistlərin raket hücumuna məruz qaldığı bildirilib.

Agentlikdən verilən açıqlamada 32 yaşlı Arman Soldinin raket zərbəsi nəticəsində həlak olduğu bildirilib.

Bölgədəki digər jurnalistlərin hücumdan sağ-salamat xilas olduqları açıqlanıb.

QAZİLER.AZ

 

Diaspora