Voronej vilayətində poliqona “hücum” olduğu bildirilir: 14 hərbçi yaralanıb

Voronej vilayətində poliqona “hücum” olduğu bildirilir:  14 hərbçi yaralanıb backend

Rusiya Federasiyasının Voronej vilayətində bu gecə iki pilotsuz təyyarənin təlim meydançasına “hücum” etdiyi iddia edilir. Nəticədə 14 rus “döyüşçüsü” yaralanıb.

Bu barədə RBC-Ukrayna Baza Telegram kanalına istinadən xəbər verir.

"İki pilotsuz təyyarə Voronej vilayətində hərbi poliqona hücum edib. Hadisə bu gecə baş verib", - məlumatda deyilir.

Partlayıcı ilə doldurulmuş iki PUA-nın poliqona uçduğu və düşmə zamanı partladığı bildirilir.

"Təxminən 14 hərbçi yaralanıb. İlkin məlumata görə, ölən yoxdur", - Telegram kanalı xəbər verir.

QAZİLER.AZ

Diaspora