Rusiyanın əməkdar artisti Viktor Şulyakovski 77 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə TASS-a Taqanka Teatrının mətbuat xidmətindən məlumat verilib.
Sənətçi mayın 7-də dünyasını dəyişib. Aktyorla vida mərasiminin tarixi və yeri hələ açıqlanmayıb.
Aktyor “Bumer. İkinci film”, “Boz qurdlar”, “Ölü canlar” və s. filmlərdə yaratdığı obrazlarla məşhurdur.
QAZİLER.AZ
