“Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib”.
APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək üçün edib:
“Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər… Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin (“Nemezis” - red.) ucaldılmasını qəbul edə bilmərik”.
Nazir əlavə edib ki, Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atacaq.