Mayın 8-də Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Bu, Rusiyanın MiQ-31K qırıcısının havaya qalxması ilə bağlıdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna hava xəbərdarlığı xəritəsinə istinadən xəbər verir.
Monitorinq kanallarının məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-31K" Rusiya Federasiyasının "Savasleyka" aerodromundan havaya qalxıb.
Qeyd edək ki, MiQ-31K Kh-47m2 "Kinjal" hipersəs raketinin potensial daşıyıcısıdır. Qırıcı həm də Su-30SM ilə müşayiət oluna bilər.
Xatırladaq ki, gecə saatlarında rus qoşunları İran “Şahedləri” ilə Kiyevə hücum edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri paytaxt Kiyev üzərində 30-dan çox pilotsuz uçan aparatı vurub.
Rusiya ordusu Odessa vilayətinə də raket hücumu həyata keçirib.
QAZİLER.AZ
