Türkiyənin İzmir şəhərindən Səfərihisar və Menderes rayonları sahillərində 59 qeyri-qanuni miqrant xilas edilib.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, miqrantların olduğu rezin qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.
Miqrantlar xilas edilərək sahilə çıxarılıb.
Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.