Krım tatarı Umerova Rusiyada “casusluq” ittihamı ilə həbs edildi

Krım tatarı Umerova Rusiyada “casusluq” ittihamı ilə həbs edildi backend

Rusiyanın paytaxtı Moskvada məhkəmə Krım tatarı Leniya Umerovanı həbs edib. O, qondarma “casusluq”da ittiham olunur.

Qaziler.az bildirir ki, bu barədə  "Qrati" xəbər verir.

"Moskvanın Lefortovo Rayon Məhkəməsi Krım tatarı Leniya Umerovanı həbs edib", - nəşr yazır.

Bildirilir ki, Umerova 5 ay Şimali Osetiyadakı təcridxanada saxlanıb. O, bir neçə dəfə inzibati həbs edilib.

Eyni zamanda, dünən FTX əməkdaşları onu Moskvaya apararaq “casusluqda şübhəli bilindiyinə görə" Lefortovo istintaq təcridxanasına yerləşdiriblər.

QAZİLER.AZ

 

Diaspora