Danimarka və Almaniya Ukraynaya 80 "Leopard" tank verəcək

Danimarka və Almaniya Ukraynaya 80 "Leopard" tank verəcək backend

Danimarka Almaniya ilə birlikdə Ukraynaya 80 "Leopard 1" tankı təhvil verəcək.Onlar iyunda istifadəyə hazır olacaq.

Qaziler.az-ın məlumatına görə, "TV2 Nyheder" xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib.

Mayın 5-də Danimarka Müdafiə Nazirliyinin rəhbəri Almaniyaya işgüzar səfərə gəlib. O, alman həmkarı Boris Pistorius ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin tanklarla bağlı təlimlərinin necə getdiyini yoxlayıb.

“Bizim 80 “Leopard 1” tankını Ukraynaya tədarük etməyimiz çox əhəmiyyətlidir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, “Leopard 1” tankları iyunun 1-də Ukraynada istismara hazır olacaq. Ukrayna tankçılarının hazırlığı təxminən bir aya yaxın davam edəcək.

Danimarkanın müdafiə naziri qeyd edib ki, bu Leopard 1 tankları 2005-ci ildə istismardan çıxarılıb. Onlar anbarda saxlanılıblar.

QAZİLER.AZ

Diaspora