Moskva vilayətinin sakini enerji içkisi içdikdən sonra ölümdən dönüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Moskva vilayətinin Sergiova - Posadski xəstəxanasının həkimləri 33 yaşlı qadını enerji içkisi içdiyi üçün komaya düşəndən sonra xilas edə biliblər.
Məlum olub ki, qadın bütün günü heç nə yeməyib, axşam isə 2,5 litr enerji içkisi içib və özünü pis hiss edib. Qohumları onu huşsuz vəziyyətdə xəstəxanaya gətiriblər.
Müayinə göstərib ki, xəstədə taxikardiya və böyrək çatışmazlığı inkişaf edib, bu da ürəyin dayanması və ağciyər ödemini təhdid edir. Xəstə təcili olaraq reanimasiya şöbəsinə göndərilib, antibiotik, hormonal və infuziya terapiyasından sonra o, özünə gəlib.
Hazırda qadın özünü yaxşı hiss edir, ev müalicəsi üçün xəstəxanadan buraxılıb.
QAZİLER.AZ