Rusiya mayın 9-dək ukraynanın Donetsk vilayətindəki Baxmuta nəzarəti ələ keçirmək fikrindən əl çəkmir. Bunun üçün "vaqnerçilər" şəhərə cəlb edilir, onları desantçıların hücum dəstələrini əvəz edir.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın müdafiə nazirinin müavini Anna Malyarın müraciətinə istinadən xəbər verir.
"Düşmən bütün gücü ilə Baxmutu mayın 9-na kimi nəzarət altına almağa çalışır. Bu tapşırığı yerinə yetirmək üçün onlar vaqneriləri başqa istiqamətlərdən çıxarırlar. Onlar hazırda Baxmut istiqamətində döyüşən desantçıların hücum dəstələrini əvəz edirlər”, - deyə Malyar bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri düşmənə müdafiəni yarmağa imkan vermir. Xüsusilə, "Vaqner" döyüş sursatlarının saxlandığı yerlər Ukrayna artilleriyasının atəşi nəticəsində məhv edilib.
QAZİLER.AZ