Türkiyəsiz sülh mümkün deyil - Simonyan

Türkiyəsiz sülh mümkün deyil - Simonyan backend

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bəyan edib ki, Türkiyəsiz bölgədə sülh ola bilməz.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Ermənistanın Azərbaycana qarşı torpaq tələbi yoxdur. Sülh anlaşması məsələsində qərarlıyıq. Bu bölgədə sülhün əldə edilməsi Türkiyə olmadan mümkün deyil", -deyə Simonyan qeyd edib.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) 61-ci Sessiyasının Açılış Mərasimindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Simonyan Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı aşağıdakı cümlələri səsləndirib:

"Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Ticarət sahəsində regionun açılmasında heç bir problem görmürük. Biz bu təklifi dəfələrlə etmişik, sərhəddəki əsgərlər bərabər şəkildə geri çəkilsin. Bu bölgədə sülhün bərqərar olması Türkiyəsiz mümkün deyil. Bu baxımdan Türkiyənin bu bölgədə sülhün bərqərar olması üçün addımlar atacağına ümid edirik”.

QAZİLER.AZ

Diaspora