ABŞ və Avstraliya Ukrayna üçün birgə sursat tədarükü ilə bağlı Ukraynaya yardım paketi üzərində birgə işləyir.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna xəbər verir. Bu dəstək paketi ayın sonuna kimi elan edilə bilər.
Bunu Avstraliya xəzinədarı Cim Çalmers mayın 5-də jurnalistlərə bildirib. O qeyd edib ki, birgə yardım paketinin büdcəsi mayın 9-da təqdim olunacaq.
Nəşrin məlumatına görə, çərşənbə axşamı Kiyev yardım üçün "Hawkei" zirehli transportyorları, artilleriya və sursatların daxil olduğu istək siyahısı təqdim edib.
QAZİLER.AZ