Türkiyənin Balıkesir bölgəsnin Erdek mahalında AKP-nin seçki vasitəsinə hücum olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yüksək səslə musiqi çalındığı üçün iki nəfər partiyanın çeçki avtomobilinə hücum edib. Hücum anı təhlükəsizlik kamerasına əks olunub.
Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.
Restorandan çıxan iki nəfər AK Partinin Erdek mahalında dolaşan seçki vasitəsində yayımlanan musiqinin yüksək səsləndiyini iddia edərək mübahisə etməyə başlayıb.
Vasitədə AK Partiyadan 7 qadın olduğu halda, şəxslərdən birinin qapını açaraq qadınları təhdid etdiyi iddia edilir.
Hadisəyə müdaxilə etmək istəyən nəqliyyat vasitəsinin sürücüsü B.K. adlı şübhəli şəxs tərəfindən döyüldüyü də iddia olunub.
QAZİLER.AZ