Kiyevə gecə hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın bütün kamikadze pilotsuz təyyarələrini və raketlərini vurub.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Kiyev şəhər hərbi administrasiyası xəbər verir.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko qeyd edib ki, bu, may ayının dörd günü ərzində paytaxta üçüncü hücumdur. Belə ki, ruslar “Şahed” tipli kamikadze pilotsuz uçan aparatlardan və ehtimal ki, ballistik tipli raketlərdən istifadə ediblər.
"İlkin məlumatlara görə, Kiyevin hava məkanında düşmənin bütün raketləri və PUA-ları hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib! Məlumatlar dəqiqləşdirilir. Əməliyyat məlumatlarına əsasən, mülki əhali arasında itki yoxdur", - Popko bildirib.
QAZİLER,AZ