Türkiyənin Kahramanmaraş vilayətində növbəti dəfə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar vilayətin Göksun rayonunda qeydə alınıb.
5 bal gücündəki zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.