Tezliklə hücum əməliyyatımız başlayacaq, sonra döyüş təyyarələri...- Zelenski

Tezliklə hücum əməliyyatımız başlayacaq, sonra döyüş təyyarələri...- Zelenski backend

Ukrayna tezliklə hücum əməliyyatlarına başlayacaq. Bundan sonra müttəfiqlərin bizi döyüş təyyarələri ilə təmin edəcəyinə inanırıq.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezidenti Vladimir Zelenskinin Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransı zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.

Prezident öz fikirlərini də açıqlayıb. Onun sözlərinə görə, müharibənin gedişatı belədir ki, Ukrayna döyüş meydanında öz niyyətini daim sübut etməlidir.

"Əvvəlcə irəli gedirik, göstəririk ki, üç gündən sonra bizi ələ keçirə bilməzlər, bundan sonra da bizə hansısa silah verirlər. Bəs niyə əminəm ki, bizim təyyarələr veriləcək? Çünki tezliklə hücum əməliyyatlarımız olacaq. Ondan sonra bizə təyyarələr veriləcəyinə əminəm...”, - deyə Zelenski bildirib.

QAZİLER.AZ

Diaspora