“Rəhmətlik yaxşı insan deyildi” dediyinə görə öldürüldü

“Rəhmətlik yaxşı insan deyildi” dediyinə görə öldürüldü backend

Türkiyənin Adana şəhərində 50 yaşlı Yıldıray Çakır öldürülən ögey qardaşı (sağda) haqqında "Mərhum çox yaxşı insan deyildi" deyən 51 yaşlı Murat Taşı qətlə yetiribb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Adanada Turhan ailəsi 14 yaşlı T.Z.Y  tərəfindən güllələnərək öldürülən Fatih Turhanın (53) ölüm ildönümündə mövlud edib. Mövludda iştirak edə bilməyən Fatih Turhanın dostu Murat Taş mayın 1-də Turhan ailəsinin məhəllədəki kafesinə gəlib.

Kafenin divarında Fatih Turhanın şəklini görən Taş “Rəhmətlik çox yaxşı insan deyildi, səhvlər edib"  və deyilənə görə, mərhumun ünvanına söyüş söyüb. Bu vəziyyətdən əsəbiləşən Çakır Taşa reaksiya verib və aralarında mübahisə düşüb. Qısa müddətdə davaya çevrilən hadisədə Çakır tapança ilə Taşı sinəsindən vuraraq hadisə yerindən qaçıb. Taş hadisə yerində həyatını itirib

Çakır polis tərəfindən yaxalanaraq məhkəməyə gətirilib və o, həbs edilib.

QAZİLER.AZ

Diaspora