Rusiya hərbçiləri Xersondakı hipermarketi vurdular: ölənlər və yaralananlar var

Rusiya hərbçiləri Xersondakı hipermarketi vurdular:  ölənlər və yaralananlar var backend

Rus hərbçiləri mayın 3-də Xersonda işləyən yeganə hipermarketi atəşə tutublar. Hücum nəticəsində ölən və yaralananlar var.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiyanın atəşə tutması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Bunlar qurumun əməkdaşları və ziyarətçiləridir.

Bütün əməliyyat xidmətləri hadisə yerindədir və insanlara kömək edir.

"Rus qatilləri ilə danışıqlar aparmaq olmaz. Onları məsuliyyətə cəlb etmək lazımdır. Ya da məhv etmək lazımdır", - Klimenko əlavə edib.

QAZİLER,AZ

 

Diaspora