Krımın Yalta şəhərində məktəbli “Biz Ukraynanın tərəfdarıyıq” ifadəsinə görə 40 min rubl (852 manat) cərimə olunub.
Qaziler.az bildirir ki, bu barədə “PE Crimea” Telegram kanalında məlumat verilib.
Bundan əvvəl bir sıra Telegram kanallarında Yaltada bir qızın yanından keçən iki orta məktəb şagirdindən Ukraynanın qarşıdan gələn əks-hücumundan qorxub qorxmadığını soruşduğu video yayılıb. Yeniyetmələrdən biri: “Biz Ukraynanın tərəfdarıyıq”, - deyə cavab verib.
Bundan sonra polis araşdırma təşkil edib. Məhkəmə yarımadanın 17 yaşlı sakinini Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə 40 min rubl məbləğində cərimələyib. 11-ci sinif şagirdi kamera qarşısında üzr istəyib.
Gəncin barəsində inzibati protokol tərtib edilib.
QAZİLER.AZ