Rus qoşunları Xerson vilayətində kəndi atəşə tutub: Ölən var

Rus qoşunları Xerson vilayətində kəndi atəşə tutub:  Ölən var backend

Mayın 3-də səhər saatlarında Rusiya ordusu Ukraynanın Xerson vilayətinin Tokarevka kəndinə zərbə endiriblər. Bir nəfər öz həyətində olarkən ölüb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xerson vilayəti hərbi administrasiyasına istinadən xəbər verir.

"Rusiya ordusu Daryev icmasının Tokarevka kəndini atəşə tutub. Səhər saatlarında ruslar yaşayış binalarını vurublar", - məlumatda deyilir.

İlkin məlumata görə, bir nəfər ölüb. Öz evinin həyətində olan 47 yaşlı kişi həyatənı itirib.

"Təcili yardım xidmətləri hadisə yerindədir", - hərbi administrasiyadan əlavə ediblər.

QAZİLER.AZ

Diaspora