Gürcüstan 2023-cü ildə Avropada keçirilən çoxmillətli NATO Defender 23 hərbi təlimlərində iştirak etməyəcək.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Qeyd olunur ki, Gürcüstan Müdafiə Qüvvələri döyüş qabiliyyətini artırmaq üçün daim beynəlxalq təlimlər keçirir. Bu il Gürcüstan Müdafiə Nazirliyi NATO-ya üzv ölkələr və tərəfdaşlarla birlikdə dörd beynəlxalq təlimdə iştirak edib. İlin sonuna kimi gürcü hərbçiləri daha bir neçə beynəlxalq təlimlərdə təmsil olunacaqlar.
Yeri gəlmişkən, aprelin 22-də Amerika Birləşmiş Ştatlarının komandanlığı ilə Avropada Defender 23 təlimləri başlayıb. Təlimin məqsədi NATO-nun təsiredici qabiliyyətini artırmaqdır.
QAZİLER.AZ