Döyüş tapşırığını yerinə yetirə bilməyən və komandirlərin sərəncamına verilən yaralılar başqa vəzifələrə təyin olunacaqlar.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz Telegram kanalında məlumat verib.
O xatırladıb ki, yaralının müalicə olunduqdan sonra tuta biləcəyi vəzifəyə təyin edilməsi standart prosedurdur. Lakin müharibə zamanı döyüş komandirləri üçün bu, asan məsələ deyil.
Malyar bildirib ki, bu gün Ukrayna Silahlı Qüvvələrində təyinat gözləyən yaralılardan onlarla dəfə çox vakant yer var.
QAZİLER.AZ