Türkiyədə keçirilən şəhid Mehmet Gündüz əməliyyatında PKK/KCK terrorçuları ilə atışmada bir terrorçu zərərsizləşdirilib. Həmin şəxsin Mehmet Gündüzü şəhid edən terrorçu olduğu bildirilir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, aprelin 28-də Türkiyə hərbçiləri Mardinin Nusaybin rayonundakı Bağok dağında "Əməliyyat Şəhid Jandarma Mütəxəssisi Çavuş Məhəmməd Ata Kıratlı"ya başlayıb.
Qəhrəmanlara qarşı çıxmaq istəyən bir qrup terrorçu onlara atəş açıb.
Baş verən qarşıdurmada Jandarma Astsubay Çavuş Mehmet Gündüz şəhid olub.
Aprelin 28-də baş vermiş qarşıdurmadan 3 gün sonra Diyarbakır rayonu Region Komandanlığının koordinasiyasında Mardin rayonu Jandarma Komandanlığı qrupları bu dəfə eyni bölgədə “Şəhid Jandarma Astsubay Çavuş Mehmet Gündüz Əməliyyatı”na başlayıb.
Bu əməliyyatda PKK/KCK terror təşkilatı üzvləri ilə qarşıdurmada 1 terrorçu silahı ilə zərərsizləşdirilib.
Həmin xainin Mehmet Gündüzü şəhid edən terrorçu olduğu müəyyən edilib.
Məlumatı ölkənin Daxili işlər naziri Süleyman Soylu paylaşıb.
QAZİLER.AZ