Terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatla əlaqədar Mardinin Nusaybin rayonunun 9 kəndində və məhəlləsində komendant saatı elan edilib.
Qaziler.az “Timeturk.com”a istinadla xəbər verir ki, qubernatorluqdan verilən açıqlamada, Nusaybin mahalı sərhədləri daxilindəki çöl ərazilərdə separatçı terror təşkilatı üzvləri və onlarla işbirliyində olanların, o cümlədən yüksək səviyyəli təşkilat rəhbərlərinin zərərsizləşdirilməsi, bunker, sığınacaq, anbar sahələri və zenit mövqelərinin məhv edilməsi, bölgədə separatçı terror təşkilatı tərəfindən istifadə edildiyi hesab edilən və materialların ələ keçirilməsi üçün əməliyyat keçirildiyi açıqlanıb.
Bəyanatda, “Sayılı İl İdarəetmə Qanununun müvafiq maddələrinə əsasən. 02 MAY 2023 Çərşənbə axşamı, saat 04:00-dan etibarən bölgədəki əməliyyatlar bitənə qədər Nusaybin mahalınınTekağaç, Sapanlı, Çağrıcık, Arpalı, Bəhminin, Kaleli, Şekrin, Yol, Güneli məhəllələri və kəndləri ilə məhdudlaşanikinci elana qədər komendant saatı elan edilib. Vətəndaşlardan sözügedən qadağaya əməl etməsi xahiş olunub.
QAZİLER.AZ