TEKNOFEST dünya rekordunu qırdı

TEKNOFEST dünya rekordunu qırdı backend

Türkiyə Texnologiya Komanda Vəqfi ilə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyasının, Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın iştirakı ilə ilə təşkil edilən TEKNOFEST 27apreldə -1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçirilib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, tədbirin son günündə keçirilən bağlanış mərasimində TEKNOFEST İstanbul çərçivəsində texnologiya yarışmalarının qaliblərinə mükafatlar təqdim olunub. Ziyarətçilər tərəfindən ilk dəfə TEKNOFEST-in yeni himni səsləndirilib.

TEKNOFEST İdarə Heyəti və T3 Vəqfi Mütəxəssislər Şurasının sədri Selçuk Bayraktar bağlanış mərasimindəki çıxışında daha bir möhtəşəm TEKNOFEST-i uğurla başa vurduqlarını ifadə edərək, TEKNOFEST-in rekordlar qıran, gələcəyimizə ümid bəxş edən bir festival olduğunu bildirib:

"Texnologiyanı inkişaf etdirəcəyəm, ölkəmizi tam müstəqil gələcəyə daşıyacağam. Bu il yarışlarımıza 1 milyondan çox gənc qardaş müraciət etdi. Bu ilin ilk rekordunu iştirakçı qardaşlarımızdı qırdı", deyən Bayraktar gənclərin TEKNOFEST-ə axın etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora