Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda 2 paraşütün toqquşması nəticəsində baş verən qəzada yerli paraşütçü Orkut Baysal (39) həyatını itirib, Andaç Ünsal (45) tandem (ikili) atlaması nəticəsində yaralanıb, digər paraşüt pilotu İngilis Tomas Aytken (45), müalicədən sonra həbs olunub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yamac Paraşütü Məsafə Milli Komandasının idmançılarından Orkut Baysal ötən gün məşq edən Andaç Ünsalla Ölüdəniz rayonundakı Babadağ 1700 metrlik uçuş-enmə zolağından ikiqat uçuş həyata keçirib. Eyni zamanda, britaniyalı Tomas Aitken də 1200 metrlik trasdan tək tullanma nümayiş etdirib.
Belceğiz çimərliyinə doğru enən Baysal və Ünalın paraşütü yerdən 20 metr aralıda Aykenin paraşütü ilə toqquşub və bir-birinə dolaşıb. Paraşütlər əvvəlcə otelin binasına, ordan isə hovuzun kənarına düşüb. Orkut Baysal dünyasını dəyişib, Ünsal və Ayken isə Fethiye Dövlət Xəstəxanasına aparılıb. Ünsal və Aytken müalicələrinin ardından eyni gün evə buraxılıblar.
İstintaq çərçivəsində jandarmaya açıqlama verən Andaç Ünsal, "İngilis paraşütçü biz eniş edərkən birbaşa gəldi və bizə çarpdı və qəzaya səbəb oldu. Şikayətçiyəm" , - deyib. Tomas Aitkenin açıqlamasında, digər paraşütün fərqinə varmadığını qeyd edərək: "Vəziyyəti ona vuranda anladım. Üzgünəm" - deyib.
Aytken həbs edilib.
QAZİLER.AZ