Rusiya ordusu gecə saatlarında Ukraynanın şərqindən hücuma keçsələr də uğur qazana bilməyiblər və demək olar ki bir rotadan çox hərbçi itirərək geri çəkiliblər.
Rusiya hərbçiləri gecə saatlarında Ukraynanın şərqindəki mövqelərinə hücuma keçirməyə cəhd ediblər. Lakin onlar uğur qazana bilməyərək geri çəkiliblər, Bu zaman onların itkilərinin və yaralılarının sayı bir rotadakı hərbçilərin sayından da çox olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandiri Aleksandr Tarnavskiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ruslar əsas səylərini Avdeyevski və Marinski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir. Onlar Ukrayna qoşunlarının mövqelərinə zərbələr endirmək üçün operativ-taktiki və ordu aviasiyasından fəal istifadə edirlər.
"Ötən gecə işğalçılar Ukrayna mövqelərinə 9 dəfə hücum ediblər. Lakin uğur qazana bilməyib və geri çəkiliblər".
QAZİLER.AZ