Rusiya Kiyevə raket və dronlarla hücum etdi - Hamısı vuruldu

Rusiya Kiyevə raket və dronlarla hücum etdi - Hamısı vuruldu backend

Ukraynanın hava hücumundan müdafiə qüvvələri mayın 1-də gecə saatlarında paytaxt Kiyevin hava məkanında rusiyanın bütün hədəflərini məhv edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.

Bildirilir ki, rus qoşunları kompleks şəkildə - qanadlı raketlər və pilotsuz təyyarələrlə eyni vaxtda zərbə endirib. İlkin məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Kiyevin hava məkanında düşmənin bütün raketləri və PUA-ları məhv edilib. Məlumat dəqiqləşdirilir.

Əməliyyat məlumatlarına görə, hazırda mülki əhali arasında tələfat, yaşayış obyektlərinin və ya infrastrukturun dağılması faktı qeydə alınmayıb.

QAZİLER.AZ

 

Diaspora