Türkiyə tezliklə neft hasilatı ilə bağlı böyük xəbərlər açıqlaya bilər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.
"Biz çox yaxında neftlə bağlı böyük xəbər verə bilərik", - deyə nazir bildirib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində 150 milyon barel ehtiyata malik böyük neft yatağının kəşf edildiyini açıqlamışdı.
Şirnak vilayətinin Qabar dağı bölgəsində tapılan yataq 2022-ci ildə quruda kəşf edilən ən böyük on kəşfdən biridir. Onun ehtiyatları 12 milyard dollar dəyərində qiymətləndirilir.