Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin direktorlar şurasının rəhbəri Aram Ananyan “Sputnik Armenia”ya məlumat verib.
“Bizim üçün aydın bir səbəb olmadan Türkiyənin hava məkanı vasitəsilə Avropaya uçuşlar ləğv edilib”,- deyə Ananyan bildirib.
O əlavə edib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.