Donetskin mərkəzi atəşə tutulub, mərmi avtobusun üzərinə düşüb, ölənlər var - VİDEO

Donetskin mərkəzi atəşə tutulub, mərmi avtobusun üzərinə düşüb, ölənlər var - VİDEO backend

Bu gün müvəqqəti olaraq işğal olunmuş Ukraynanın Donetsk şəhərinin mərkəzi atəşə tutulub. Mərmi avtobusa düşüb, 7 nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna News of Donbass-a istinadən xəbər verir.

Həmçinin yerli KİV-lər hadisə şahidlərinə istinadən bildirirlər ki, keçmiş "Ukrayna" supermarketinin yaxınlığındakı avtobus dayanacağı atəşə tutulub.

Həmçinin atılan mərmi  avtobusun üzərinə düşüb bu da onun alovlanmasına səbəb olub.

Hadisə şahidlərinin sözlərinə görə, yanan avtobusdan bir neçə nəfər çıxarılıb, lakin itkilər barədə də məlumat var. Ruslar artıq 7 nəfərin öldüyünü açıqlayıb.

QAZİLER.AZ

 

Diaspora