Təbrizdə müğənni Rəhim Şəhriyarinin konsertindən sonra insanlar küçələrə axışaraq anti-hökumət şüarları səsləndiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Etirazçılar “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarı ilə həbsdə olan azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb ediblər.