Qaçaq PKK-lı terrorçu yaxalanaraq Türkiyəyə gətirildi

Qaçaq PKK-lı terrorçu yaxalanaraq Türkiyəyə gətirildi backend

Terror təşkilatı PKK/KCK-PYD/YPG üzvü olan qaçaq Rasim Akyol Türkiyə MİT-in ölkə xaricində keçirdiyi əməliyyat nəticəsində yaxalanaraq Türkiyəyə gətirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT tərəfindən aparılan araşdırmalar nəticəsində terrorçu Akyolun olduğu ölkədən  Avropaya qaçmaq istədiyi müəyyən edilib.

MİT terrorçu Akyolu əməliyyatla yaxalayaraq Türkiyəyə gətirib.

Polis qüvvələrinə təhvil verilən Akyolun "silahlı terror təşkilatlarını silahla təmin etmək" ittihamı ilə 15 il həbs cəzası aldığı bildirilib.

2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə yaxalanan  PKK/KCK üzvlərinə yardım  edən qruplar arasında Akyolun da olduğu öyrənilib.

QAZİLER.AZ

Diaspora